Geriyə
TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDU İLƏ QOŞULMAMA HƏRƏKATI PARLAMENT ŞƏBƏKƏSİ ARASINDA MEMORANDUM İMZALANIB
06.04.2025
15:30

6 Aprel, 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Memorandum imzalanıb.
Sənədi, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Azərbaycan Respublikası Milli Məclis spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova imzalayıblar.
Azərbaycan Respublikası Milli Məclisin sədri Sahibə Qafarova sənədin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, Memorandum Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.
Fondun prezidenti Aktotı Raimkulova bu Memorandumun, Türk dünyasında mədəni əlaqələrin gücləndirilməsi və ortaq irsin qorunması baxımından töhfələr verəcəyinə əminliyini ifadə edib. O, Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında qurulan bu əməkdaşlığın, türk mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına və təşviqinə yeni imkanlar yaradacağını qeyd edib.
Görüş Fond ilə Şəbəkə arasındakı əməkdaşlığın gələcək planları üzərində müzakirələrlə davam edib.