Kitabxana

KEMEL TOKAYEV "XÜSUSİ TAPŞIRIQ"
“Türk ədəbiyyatının inciləri” kitab seriyası:
Kitabda görkəmli Qazax yazıçısı Kemel Tokayevin müharibə əleyhinə qələmə aldığı, insanları sülhə səsləyən və bəşəri əhəmiyyət kəsb edən “Xüsusi tapşırıq” əsəri yer almışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
PDF yüklə

DARXAN KIDIRƏLİ "DAŞA YAZILAN TARİX"
“Türk dünyasının elmi inciləri” kitab seriyası:
Kitabda görkəmli elm xadimi Darxan Kıdırəlinin türk dünyasının tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında araşdırma məqalələri toplanmışdır.
PDF yüklə

MƏHƏMMƏD FÜZULİ "FÜZULİ-530 MİSRA"
"Türk ədəbiyyatının inciləri" kitab seriyası:
Bu kitabın nəşr olunmasında göstərdiyi yardımlara görə Qazaxıstan Milli Kitabxanasının müdiri Hörmətli Bakıtcamal Ospanovaya öz minnətdarlığımızı bildiririk.
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən kitab, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin fərmanına əsasən qeyd olunan böyük Azərbaycan şairi və türk ədəbiyyatının klassiki Məhəmməd Füzulinin 530-cu ildönümünə həsr edilmişdir.
Kitab, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Qazaxıstanda keçirdiyi “Azərbaycan Mədəniyyət Günləri”-də Fond adından hədiyyə olaraq təqdim olunub.
PDF yüklə

BERDİBEK SOKPAKBAYEV "MƏNİM ADIM KOJADIR"
"Türk ədəbiyyatının inciləri" kitab seriyası:
Kitaba bu il 100 illik yubileyi qeyd olunan görkəmli qazax yazıçısı Berdibek Sokpakbayevin “Mənim adım Kojadır” povesti daxil edilib. 70-ə qədər dilə çevrilən bu əsər dünya uşaq ədəbiyyatının sevilən örnəklərindən biri sayılır.
Əsərdə uşaqların mürəkkəb dünyagörüşü, mühitin onlara təsiri, ha¬belə insanın islahı üçün ən vacib məsələnin vicdan olduğu fikri önə çəkilir.
PDF yüklə

FƏXRİ VALEHOGLU "AZƏRBAYCAN-GÜRCÜSTAN MÜNASİBƏTLƏRİ" (1918-1922-Cİ İLLƏR
Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Valeh oğlu Hacıyevin (Fəxri Valehoğlu) bu monoqrafiyasında Cənubi Qafqazda 1918-1922-ci illərdə cərəyan edən hərbi-siyasi proseslərin axarında Azərbaycan-Gürcüstan münasibətləri araşdırılır. Bu kontekstdə göstərilən dövrdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan İctimai Şura Cümhuriyyətinin (Azərbaycan Sosialist Sovet Respublikası) Tiflis və Batum şəhərlərində, eləcə də Gürcüstan Demokratik Respublikasının Azərbaycandakı diplomatik təmsilçiliklərinin siyasi-diplomatik fəaliyyəti, strukturu, kadr tərkibi, təsərrüfat və maliyyə təminatı məsələləri ilkin mənbələr əsasında hərtərəfli tədqiq olunur.
Monoqrafiya Azərbaycan demokratik və sovet respublikalarının xaricdəki diplomatik missiyalarının, eləcə də xarici ölkələrin 1918-1922-ci illərdə Azərbaycanda təmsilçiliklərinin sistemli şəkildə araşdırılması yönündə ilk cəhddir.
PDF yüklə

HEYDƏR ƏLİYEV MƏHƏMMƏD FÜZULİ
“Türk dünyasının görkəmli şəxsiyyətləri” kitab seriyası:
Kitab dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə çapa hazırlanıb. Nəşrdə Ulu Öndər Heydər Əliyevin Məhəmməd Füzuli ilə bağlı fərman və sərəncamları,
görkəmli ədibin yubileylərindəki çıxışları, həmçinin Ulu Öndərin qüdrətli qələm sahibi Məhəmməd Füzuli irsinin gələcək nəsillərə ötürülməsi, tədqiqi və təbliği məsələlərindəki müstəsna xidmətləri haqqında məqalələr yer alıb.
PDF yüklə

MƏXDUMQULU FƏRAQİ "AŞİQ OLMUŞAM"
“Türk ədəbiyyatının inciləri” kitab seriyası:
Məxdumqulu Fəraqi Türk dünyasının və qardaş türkmən xalqının ən böyük şairlərindən biridir. Onun dərin məzmunlu lirik, ictimai-siyasi, dini-ruhani, fəlsəfi mövzularda qələmə aldığı əsərlər artıq üç əsrdir ki, oxuculara humanizm və ülviyyət, xeyirin şər üzərində qələbəsinə inam aşılayır, yeni nəsilləri bu ruhda tərbiyə edir. Kitab Türk dünyasının dahi şairi Məxdumqulu Fəraqinin 300 illik yubileyinə Türk Mədəniyyəti və İrsi Fondunun ərməğanıdır.
PDF yüklə