Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu

Tarix

Fondun yaradılma tarixi

 

Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının prezidentlərinin dəstəyi ilə beynəlxalq təşkilat kimi yaradılmışdır.

Fondun Nizamnaməsi 2012-ci ildə Bişkekdəki Türk Dili Dövlətləri Əməkdaşlıq Şurasının Zirvə Toplantısında təsdiq edilmişdir. Fond, 2015-ci ildə Azərbaycan hökuməti ilə Ev Sahibi Ölkə Sazişi imzalanandan sonra faktiki fəaliyyətə başlamışdır. Beləliklə, Fondun baş ofisi Bakı şəhərində yerləşir.

2021-ci ilin sonunda iştirakçı ölkələr tərəfindən Fondun büdcəsinə məcburi töhfələr üzrə Ödəniş Cədvəlini təsdiq etdikdən sonra, 2022-ci ildə Fond beynəlxalq təşkilat kimi tam fəaliyyətə başlamışdır. Həmin ildə, Fondun iştirakçı ölkələri ilk dəfə olaraq öz nümayəndələrinin 2-ni Fondun beynəlxalq kadr heyətinin formalaşdırılmasına göndərmişdir.

2019-cu ildə Macarıstan, Fondun müşahidəçi ölkəsi olaraq qoşulmuşdur. 2024-cü ildə Türkmənistan, Fondun analoji statusunu almaq üçün müraciət etmişdir.

Fondun prezidentləri hər bir iştirakçı ölkədən 4 illik müddətə, əlifba sırasına görə təyin edilir. Fondun ilk prezidenti,Azərbaycandan, Xanım Günay Əfəndiyeva, 2015-ci ildən 2023-cü ilədək bu vəzifədə çalışmışdır. Hazırda Fondun prezidenti, 2023-cü ilin noyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə Toplantısında təyin olunan, Qazaxıstandan, Xanım Aktotı Raimkulovadır.

 

Fondun mandatı

 

Fondun məqsədləri fəaliyyət, layihə və proqramları dəstəkləmək, və maliyyələşdirməklə türk mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etməkdir. Fond bu məqsədlərə nail olmaq üçün:

 

  • Türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği üçün vəsait təmin edir;
  • Türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği ilə bağlı elmi-texniki məsələlərin həllinə kömək edir;
  • Türk mədəniyyətinin və irsinin qorunması, bərpası və təbliği sahəsində mütəxəssislərin hazırlanmasını dəstəkləyir;
  • Seminarların, konfransların, konqreslərin və sahə tədqiqatlarının, habelə sərgilərin təşkilində köməklik göstərir;
  • Elektron və çap olunmuş elmi dövri nəşrlərin və elmi nəşrlərin hazırlanmasında yardım göstərir;
  • Müsabiqələrə, festivallara, turnirlərə və s. sponsorluq edir;
  • Türk xalqlarının məskunlaşdığı ərazilərdə, ənənəvi sənətkarlığın və tətbiqi sənətin bərpasına, dəstəklənməsinə və inkişafına köməklik göstərir;
  • Sənətkarlara, rəssamlara və digər yaradıcı incəsənət işçilərinə əqli mülkiyyət hüquqlarının müdafiəsində köməklik göstərir.

 

Beləliklə, Fond, türkdilli dövlətlərin mədəni irsinin qorunması, bərpası və təşviqi sahəsində əsas əməkdaşlıq təşkilatlarından biridir (TDƏ, TÜRKSOY, TÜRKPA, Türk Akademiyası). Bu sahədə hazırda prioritet məsələlərdən biri, Türk Dünyası Mədəni İrsinin vahid siyahısının yaradılmasıdır.

The objectives of the Foundation are to protect, study and promote the Turkic culture and heritage through supporting and funding activities, projects and programs.