Geriyə
TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ AKTOTI RAİMKULOVA ADF-DƏ KƏÇİRİLƏN YÜKSƏK SƏVİYYƏLİ SESSİYADA İŞTİRAK EDİB
12.04.2025
22:00

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Antalya Diplomatik Forumunda keçirilən "Parçalanmış Dünyada Gələcəyin İnşası: Təhsilin Transformaitv Gücü" mövzulu yüksək səviyyəli sessiyada iştirak edib.
Açılış nitqini Türkiyə Respublikasının birinci xanımı, Hörmətli Eminə Xanım Ərdoğan səsləndirmişdir. Panel müzakirəsi zamanı Türkiyənin Milli Təhsil Naziri də daxil olmaqla müxtəlif spikerlər təhsilin transformativ gücünü öyrənərək keyfiyyətli təhsil, təhsilə çıxış, davamlılıq, sosial ədalət, texnologiya və rəqəmsallaşma kimi önəmli mövzuları müzakirə etmişlər.
Tədbirdə fəxri qonaqlar iştirak etmişdir.