YAZIÇI, AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR JURNALİSTİ VARİS YOLÇİYEVİN MÜSAHİBƏSİ LONDON POST VƏ THEJ.CA KİMİ NÜFUZLU BEYNƏLXALQ NƏŞRLƏRDƏ DƏRC OLUNUB

Yazıçı, Azərbaycan Respublikasının əməkdar Jurnalisti Varis Yolçiyevin müsahibəsi London Post və Thej.ca kimi nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunub.
Türk Mədəniyyəti və İrsi Fondu olaraq Sizə ürəkdən təbriklərimizi çatdırır, London Post (İngiltərə) və Thej.ca (Kanada) nəşrlərində “Varis — yaradıcılığının möcüzəsi: ümid, xilas və tarixə güzgü” başlıqlı müsahibənizin dərc olunmasını böyük məmnuniyyətlə təbrik edirik.
Bu müsahibə yalnız Sizin ədəbi yaradıcılığınızın beynəlxalq səviyyədə tanınmasının göstəricisi deyil, həm də çağdaş Azərbaycan ədəbiyyatının dünyaya çıxışında mühüm addımdır. Sizin əsərləriniz — dərin duyğu və sosial mesajlarla zəngin, insan talelərinə işıq tutan mövzularla – oxucuların ruhunu oxşayır, yeni ümidlər qazandırır.
Yeni işlərinizdə uğurlar, daha çox işgüzar nailiyyətlər!