Geriyə
ÜZEYİR HACIBƏYLİNİN İRSİ TƏK YALNIZ AZƏRBAYCANIN DEYİL, BÜTÜN TÜRK DÜNYASININ DA DƏYƏRİDİR – TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ PROFESSOR AKTOTI RAİMKULOVA
18.09.2025
15:25
18 sentyabr 2025-ci il tarixi dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi, dirijor, musiqişünas, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi kimi qeyd olunur.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova vurğulayır ki, Üzeyir Hacıbəyli yalnız Azərbaycanın deyil, bütün türk dünyasının musiqi irsi üçün əvəzsiz şəxsiyyət və bənzərsiz dahidir. Onun “Leyli və Məcnun”, “Koroğlu” operaları, “Arşın mal alan” musiqili komediyası kimi əsərləri Şərqdə ilk peşəkar opera və musiqi nümunələri olaraq tarixə düşmüş, türk dünyasının mədəniyyətini dünya miqyasında tanıtmışdır.
Bu il Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Konservatoriyası və AMEA Folklor İnstitutu ilə birlikdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş beynəlxalq simpozium təşkil edəcək. Tədbir böyük bəstəkarın irsinin öyrənilməsi, təbliği və dünya miqyasında tanıdılması istiqamətində mühüm addım olacaq.
Fond, həyata keçirdiyi tədbirlər planı çərçivəsində dahi bəstəkarın musiqi irsinin qorunması, gənc nəsillərə ötürülməsi və beynəlxalq miqyasda tanıdılması istiqamətində fəaliyyətini davam etdirəcək.
___________________________________________________