Geriyə

SEYMUR FƏTƏLİYEV TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDU TƏRƏFİNDƏN TƏLTİF OLUNUB

03.04.2025 16:51
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev Türk Dünyasının birliyinin gücləndirilməsi, zəngin mədəni irsinin qorunması və təbliği sahəsində göstərdiyi xidmətlərə görə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova tərəfindən təltif olunub.
Bu təltif Türk Dünyasının ortaq dəyərlərinə verilən önəmin bariz nümunəsidir.