Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDU İLƏ MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

16.02.2026 12:39

16 fevral 2025-ci il tarixində  Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova və Azərbaycan Respublikası Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı imzalayıblar.

Memorandum Türk dünyasının ortaq tarixi-mədəni irsinin qorunması və tanıdılması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsini, elmi və muzeyşünaslıq sahələrində əməkdaşlığın inkişafını, həmçinin müvafiq layihələr çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqini nəzərdə tutur.

Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq şəraitində keçib, tərəflər gələcək əməkdaşlığın perspektivlərinə dair əminliklərini ifadə ediblər.

_____________________

 

https://turkic.world/az/articles/other/474188

https://www.azervoice.com/az/society/79726.html

https://edebiyyatveincesenet.az/qizil-alma/item/27456-turk-maedaeniyyaeti-vae-irsi-fondu-ilae-milli-azaerbaydzan-tarikhi-muzeyi-aras-nda-aemaekdashl-g-memorandumu-imzalan-b

https://azertag.az/xeber/turk_medeniyyeti_ve_irsi_fondu_ile_milli_azerbaycan_tarixi_muzeyi_arasinda_emekdasliq_memorandumu_imzalanib-4029047