Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ QAZAXISTAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİ İLƏ GÖRÜŞÜB

28.11.2025 22:22

28 noyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Qazaxıstan Respublikasının Xarici İşlər Naziri Yermek Koşerbayev arasında görüş baş tutub. Görüş zamanı tərəflər türk dünyasında mədəni irsin qorunması, sistemləşdirilməsi və müasir beynəlxalq platformalarda təbliği istiqamətində aparılan işlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova  cari ildə Fond tərəfindən həyata keçirilmiş iri miqyaslı layihələr barədə məlumat verib. Görülən işlər cənab Nazir tərəfindən yüksək qiymətləndirilib.

Öz növbəsində, cənab Yermek Koşerbayev Qazaxıstanın Türk dünyası ilə humanitar və mədəni əlaqələrin inkişafına daim töhfə verməyə, eləcə də mövcud və yeni əməkdaşlıq imkanları üzrə birgə fəaliyyətə həmişə hazır olduğunu bildirib.

Görüş səmərəli fikir mübadiləsi və qarşılıqlı anlaşma şəraitində keçib, 2026-cı il üçün planlaşdırılan bir sıra layihələr müzakirə edilib.