Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDU İLƏ “İRS NƏŞRİYYAT EVİ” ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

05.09.2025 17:05

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə “İRS Nəşriyyat Evi” -nin direktoru Musa Mərcanlı  arasında görüş baş tutub.

Görüş çərçivəsində Türk dünyasının zəngin mədəni irsinin və çoxəsrlik tarixinin təbliği, təşviqi və araşdırılmasına yeni üfüqlər açacaq Əməkdaşlıq Memorandumu imzalanıb.

Sənədin əsas məqsədi ortaq nəşrlərin hazırlanması, təqdimatlar, seminarlar, sərgilər və digər mədəni tədbirlərin təşkili istiqamətində tərəflər arasında sıx əməkdaşlığın qurulmasıdır.

Fondun prezidenti Aktotı Raimkulova, “İRS Nəşriyyat Evi”-nin türk xalqlarının zəngin mədəni və ədəbi irsinin dünyada tanıdılması istiqamətində göstərdiyi təşəbbüsləri yüksək dəyərləndirib. O, Fond ilə Nəşriyyat evi arasında imzalanan Memorandumun gələcəkdə yeni ortaq layihələrin həyata keçirilməsinə geniş imkanlar açacağını qeyd edərək, belə əməkdaşlıqların Türk dünyasının mədəni birliyinə və beynəlxalq nüfuzuna əvəzsiz töhfə verəcəyini vurğulayıb.

Bu əməkdaşlıq ümumtürk dəyərlərinin qorunması, tanıdılması və gələcək nəsillərə əmanət kimi ötürülməsi yolunda mənəvi körpü olacaqdır.

_________________________________________________

 

https://www.edebiyyatveincesenet.az/qizil-alma/item/24401-turk-maedaeniyyaeti-vae-irsi-fondu-ilae-irs-naeshriyyat-evi-aras-nda-aemaekdashl-g-memorandumu-imzalan-b

https://modern.az/az/medeniyyet/532642/turk-medeniyyeti-ve-irsi-fondu-irs-nesriyyat-evi-ile-anlasdi/

https://www.azervoice.com/az/society/71453.html

https://turkic.world/az/articles/society/412566

https://www.bakupost.az/aktoti-raimkulova-irs-nesriyyat-evi-ile-emekdasliq-memorandumu-imzaladi-foto