Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ AKTOTI RAIMKULOVA AZƏRBAYCAN - TÜRKİYƏ YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ, ÖZBƏKİSTAN YAZIÇILARBİRLİYİNİN FƏXRİ ÜZVÜ XURAMAN MURADOVA İLƏ GÖRÜŞÜB

18.03.2025 19:11

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan - Türkiyə Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin Fəxri üzvü Xuraman Muradova ilə görüşüb.

Görüşdə Türk ölkələri arasında mədəni əlaqələrin inkişafı, ədəbiyyat sahəsində əməkdaşlığın genişləndirilməsi və Türk mədəni irsinin qorunması ilə bağlı bir sıra mövzular müzakirə olunub. Həmçinin, gənc yazıçıların yaradıcı fəaliyyətinin dəstəklənməsi və Türk dünyasında ədəbiyyatın təbliği məsələləri gündəmə gəlib.

Görüş, Türk dünyası arasında ədəbi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi və gələcək birgə layihələrin müzakirəsi ilə davam edib.