Geriyə

ASTANADA İNCƏSƏNƏT MUZEYİNİN TƏNTƏNƏLİ AÇILIŞI VƏ USTAD SƏNƏTKARLARIN HAZIRLADIĞI MUSİQİ ALƏTLƏRİNİN RƏSMİ TƏQDİMATI KEÇİRİLİB

25.11.2025 20:34

25 noyabr 2025-ci il tarixində Astanada “Dünya Musiqisi” (“Әлем Әуені”) Beynəlxalq İncəsənət Festivalı çərçivəsində İncəsənət Muzeyinin təntənəli açılış mərasimi keçirilib. Tədbir Astana şəhər Akimliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Astana şəhərində təşkil olunub.

Mərasimdə türk dünyasının zəngin musiqi və sənət irsini əks etdirən eksponatlar, interaktiv guşələr və nadir kolleksiyalar ilk dəfə olaraq ictimaiyyətə təqdim olunub.

Açılış çərçivəsində dünya şöhrətli ustad sənətkarlar tərəfindən hazırlanmış musiqi alətlərinin Rəsmi Təhvil-təslim Mərasimi baş tutub. Əsrlərin ənənəsini müasir ustalıqla birləşdirən bu alətlər türk musiqi mədəniyyətinin müxtəliflik və zənginliyini nümayiş etdirən unikal sənət nümunələri kimi dəyərləndirilib.

Tədbirin davamında “Türk Musiqi Alətləri Sərgisi”nin açılışı keçirilib. Nümayiş etdirilən eksponatlar türk xalqlarının musiqi aləti hazırlığına dair tarixi, etnoqrafik və estetik məlumatlarla müşayiət olunaraq ziyarətçilərə həm elmi, həm də vizual baxımdan geniş təsəvvür yaradıb.

Günün proqramında həmçinin türk dünyasının tanınmış ustaları tərəfindən təşkil olunan ustad dərsləri də yer alıb. Master-klaslar zamanı iştirakçılara alətlərin hazırlanma prosesinin incəlikləri, ifa xüsusiyyətləri və ənənəvi texnikaların qorunması ilə bağlı praktiki biliklər təqdim edilib.

Tədbir türk dünyasının musiqi irsinin qorunması və təbliği istiqamətində Türk Mədəniyyəti və İrsi Fondunun ardıcıl səylərinin və tərəfdaş qurumlarla birgə əməkdaşlığının növbəti mühüm nəticəsi kimi dəyərləndirilib.

______________________________________________________________________

 

https://www.azervoice.com/az/qazaxistan/75033.html

https://turkic.world/az/articles/kazakhstan/442661

https://www.edebiyyatveincesenet.az/qizil-alma/item/25834-astanada-indzaesaenaet-muzeyinin-taentaenaeli-ach-l-sh-olub

https://bizimyazi.az/astanada-inc%c9%99s%c9%99n%c9%99t-muzeyinin-t%c9%99nt%c9%99n%c9%99li-acilisi-olub/

https://visiontv.az/article/astanada-turk-dunyasinin-incesenet-muzeyi-acilib

https://oxu24.com/az/cemiyyet/146115/astanada-turk-dunyasinin-incesenet-muzeyi-acilib

https://www.bakupost.az/astanada-turk-dunyasinin-incesenet-muzeyi-acildi