Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ ÖZBƏKİSTANIN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ İLƏ GÖRÜŞÜB

30.05.2025 12:45
 
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Özbəkistana etdiyi rəsmi səfər çərçivəsində Özbəkistan Respublicasının Xarici İşlər nazirinin müavini Bobur Usmanov ilə görüşüb.
Görüş zamanı tərəflər, Özbəkistanın Fondun fəaliyyətinə fəal şəkildə cəlb olunması kontekstində ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Xüsusi olaraq, 21 May, 2025-ci il tarixində Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə qəbul olunmuş tarixi qərara — Özbəkistan Respublikasının Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv kimi daxil olmasına diqqət yönəldilib.
Aktotı Raimkulova göstərilən etimada və dəstəyə görə Özbəkistan rəhbərliyinə təşəkkürünü bildirərək vurğulayıb ki, Özbəkistanın Fonda üzv olması türk dünyasının zəngin mədəni irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində genişmiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açır.
Özbəkistan Respublikasının Prezidentinin Türk Dövlətləri Təşkilatının sammitləri çərçivəsində irəli sürdüyü təşəbbüslərin səmərəli həyata keçirilməsinə, eləcə də türk mədəni irsinin qorunması və təbliği istiqamətində birgə layihələrə xüsusi diqqət yetirildi.
Görüş qarşılıqlı anlayış və konstruktiv dialoq ilə yekunlaşıb. Fond ilə Özbəkistan Respublikası arasında mədəni və diplomatik əlaqələrin gələcəkdə daha da genişlənməsi üçün möhkəm zəmin yaradılıb.