Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ AKTOTI RAİMKULOVA ANTALYA DİPLOMATİK FORUMU ÇƏRÇİVƏSİNDƏ TƏŞKİL OLUNMUŞ “TÜRK DÖVLƏT TƏŞKİLATLARI: UNİVERSAL ƏMƏKDAŞLIQ MODELİ” MÖVZUSUNDA KEÇİRİLƏN PANEL SESSİYASINDA İŞTİRAK EDİB

12.04.2025 13:03
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Antalya Diplomatik Forumu çərçivəsində təşkil olunmuş “Türk Dövlət Təşkilatları: Universal Əməkdaşlıq Modeli” mövzusunda keçirilən panel sessiyasında iştirak edib.
Panel müzakirələrində Fond da daxil olmaqla Türk Dövlətləri Təşkilatları və digər Türk əməkdaşlıq qurumlarının müasir geosiyasi məkanda oynadığı rol və təsir imkanları nəzərdən keçirilib. Eyni zamanda bu təşkilatların universal əməkdaşlıq modeli kimi təqdim olunması və onların təşəbbüslərinin regional və qlobal çağırışların həllindəki potensialı təhlil olunub.
Sessiyada Türk Dövlətləri Təşkilatının Baş katibi ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı təmsil edən seçilmiş panelçilər iştirak ediblər.