Geriyə
TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ AKTOTI RAİMKULOVA UNESCO-NUN ALMATIDAKİ REGİONAL OFİSİNİN DİREKTORU AMİR PİRİÇ İLƏ GÖRÜŞ KEÇİRİB
30.05.2025
10:37
.jpg)
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova, UNESCO-nun Almatıdakı Regional ofisinin Direktoru və Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan üzrə UNESCO nümayəndəsi cənab Amir Piriç ilə görüş keçirib. Görüşdə həmçinin UNESCO-nun Mədəniyyət Proqramı üzrə mütəxəssis cənab Filip Delanj və mədəniyyət üzrə mütəxəssis xanım Aygül Xələfova da iştirak etmişdir.
Görüş zamanı Fond ilə UNESCO arasında münasibətlərin möhkəmləndirilməsi, eləcə də türk dünyasının zəngin mədəni irsinin qorunması, inkişafı və təşviqinə yönəlmiş birgə layihələr müzakirə olunmuşdur.