Geriyə
TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ AKTOTI RAİMKULOVA VƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİNİN İDARƏ HEYƏTİNİN SƏDRİ FƏRİD ŞƏFİYEV ARASINDA GÖRÜŞ KEÇİRİLİB
03.06.2025
14:41
.jpg)
3 iyun 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri cənab Fərid Şəfiyev arasında görüş keçirilib.
Görüş zamanı əməkdaşlığın perspektiv istiqamətləri barədə fikir mübadiləsi aparılıb, birgə tədbirlərin təşkili imkanları nəzərdən keçirilib.
Tərəflər mədəni diplomatiyanın ölkələrin xarici siyasətinin mühüm tərkib hissəsi kimi təşviq olunmasının əhəmiyyətini vurğulayıb.
Görüşün sonunda tərəflər arasında davamlı əməkdaşlıq və mütəmadi əlaqələrin qurulması barədə razılıq əldə olunub.