Geriyə
TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ TÜRK ƏMƏKDAŞLIQ TƏŞKİLATININ KOORDİNASİYA KOMİTƏSİNİN 5-Cİ İCLASINDA İŞTİRAK EDİB
14.03.2025
09:33

2 mart 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova İstanbulda Türk Dövlətləri Təşkilatının Katibliyinin binasında keçirilən Türk Əməkdaşlıq Təşkilatının Koordinasiya Komitəsinin 5-ci iclasında iştirak edib. İclasda Üzv Dövlətlərin Xarici işlər nazirlərinin müavinləri, həmçinin TÜRKSOY-un və TÜRKPA-nın baş katibləri, Türk Akademiyasının prezidenti, Türk İnvestisiya Fondunun baş məsləhətçisi iştirak edib.
Görüşdə TDT-ə üzv olan Dövlət Başçılarının qərar və tapşırıqlarının icrası ilə bağlı məsələlər, Türk Əməkdaşlıq Təşkilatları çərçivəsində birgə fəaliyyətlər, eləcə də 2025-ci il üçün Türk Əməkdaşlıq Təşkilatlarının Fəaliyyət Planı müzakirə olunub. Həmçinin Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri 2024-cü ildə görülən işlər barədə hesabat veriblər.