Geriyə
TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDU İÇƏRİŞƏHƏRDƏ 1 İYUN- UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ MÜNASİBƏTİLƏ UŞAQLAR ÜÇÜN TƏŞKİL OLUNAN RƏNGARƏNG VƏ MAARİFLƏNDİRİCİ TƏDBİRDƏ ŞTİRAK EDİB
01.06.2025
10:30

Türk Mədəniyyəti və İrsi Fondu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “EkoSfera” Ekoloji-Sosial Mərkəzi İctimai Birliyi ilə birgə tərəfdaşlıq çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İçərişəhərdə uşaqlar üçün təşkil olunan rəngarəng və maarifləndirici tədbirdə iştirak edib.
Bayram tədbirində Fond tərəfindən nəşr olunan Türk yazıçılarının uşaq kitabları təqdim edilib, balaca fidanlar Türk dünyasının ədəbi sərvəti ilə tanış olublar . Eyni zamanda “Türk Dünyasının Mədəni Mirası” mövzusunda xüsusi hazırlanmış boyama kitablarının rənglənməsi təşkil edilib və bu vasitə ilə uşaqlar qədim abidələrlə bağlı interaktiv şəkildə məlumat alıblar. Tədbirdə iştirak edən bütün uşaqlara xüsusi hazırlanmış hədiyyələr təqdim olunub.
Türk Mədəniyyəti və İrsi Fondu 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balacaları təbrik edir, onlara sağlam, xoşbəxt və əmin-amanlıq içində böyümələrini arzulayır. Dünya Uşaqlar Günündə Türk Dünyasının gələcəyi olan uşaqlarımızın hər zaman sevgi və qayğı ilə əhatə olunması ən böyük diləyimizdir.