TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN YARANMASINDAN 13 İL ÖTÜR!

Fond, 23 avqust 2012-ci il tarixində Türk Dövlətləri Təşkilatının Bişkek şəhərində keçirilmiş Zirvə Toplantısı zamanı Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan, Türkiyə Dövlət Başçılarının dəstəyi ilə yaradılmışdır.
O gündən, bu günədək əsas məqsədimiz Türk dünyasının zəngin irsinin və çoxəsrlik tarixinin öyrənilməsi, qorunması və təbliği olmuşdur. Bu missiya çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu bir sıra mühüm tədbirlərə imza atmış, mədəni əməkdaşlığın genişləndirilməsinə və ortaq dəyərlərin dünyaya tanıdılmasına töhfə vermişdir.
Gələcəkdə də Fond, Türk dövlətləri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, ortaq türk tarixi və irsinin yeni tədqiqatlarla zənginləşdirilməsi, həmçinin müasir texnologiyalar vasitəsilə daha geniş auditoriyaya çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Türk dünyasının birliyi və irsi gələcək nəsillər üçün ən böyük mirasımızdır!
___________________________________________________________
https://azertag.az/xeber/turk_medeniyyeti_ve_irsi_fondu_13_yasini_qeyd_edir-3712383
https://www.turkustan.az/news/culture/123068
https://publika.az/news/nida_xeber/583659.html
https://www.facebook.com/share/p/1G7Ft2Xkj8/?mibextid=wwXIfr