Geri
TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN MANQİSTAUDA BAŞ VERƏN FƏACİƏLİ HADİSƏ İLƏ ƏLAQƏDAR QAZAXISTAN XALQINA BAŞSAĞLIĞI MESAJI
25.09.2026
15:36
Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstan Respublikasının Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin faciəvi şəkildə həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verir.
Bu ağır və kədərli günlərdə həlak olanların ailələrinin, yaxınlarının və doğmalarının, eləcə də bütün Qazaxıstan xalqının dərin kədərini bölüşürük.
Vətən qarşısında xidməti vəzifələrini yerinə yetirərkən həyatını itirən hərbçilərin əziz xatirəsi daim ehtiramla yad ediləcək.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara bu ağır günlərdə səbir, dözüm və möhkəm iradə arzulayır, faciə nəticəsində zərər çəkənlərin tezliklə sağalmasını diləyirik.
Həlak olanların ruhları şad olsun.