TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN DƏSTƏYİ İLƏ HAZIRLANAN VƏ TÜRK MİNİATÜR SƏNƏTİNİ ƏKS ETDİRƏN “KÖLGƏSİZ DÜNYA” SƏNƏDLİ FİLMİ TURKDISCOVERY YOUTUBE KANALIMIZDA!
Türk incəsənətinin ən zərif sahələrindən biri olan miniatür sənətinə həsr olunmuş "Kölgəsiz Dünya" sənədli filmini təqdim edirik. Miniatürlər tarixi dövrlərin canlı əksi, rəngin, xəttin və obrazın sözsüz danışdığı vizual poeziyadır. Türk Mədəniyyəti və İrsi Fondu üçün bu qədim sənətin yaşadılması, öyrənilməsi və beynəlxalq müstəvidə tanıdılması türk dünyasının ümumi mədəni irsinin qorunması missiyasının mühüm hissəsidir.
Film Türk Mədəniyyəti və İrsi Fondunun sifarişi və dəstəyi ilə “artEL” Yaradıcılıq Birliyi tərəfindən hazırlanmışdır. Filmin müəllifləri Cəmilə Həşimova və Afaq Məmmədovadır.
Türk dünyasının ortaq mənəvi sərvətlərini geniş auditoriyaya çatdırmaq məqsədilə hazırlanan bu ekran əsəri artıq Fondun rəsmi "TurkDiscovery" Youtube kanalında izləyicilərin ixtiyarına verilib. Tarixin dərinliklərindən süzülüb gələn, incə naxışlarla zəngin bu sehrli dünyaya səyahət etmək üçün aşağıdakı keçid vasitəsilə kanalımıza abunə ola və filmi izləyə bilərsiniz.