Geriyə

AKTOTI RAİMKULOVANIN «JİBEK JOLY» KANALINA MÜSAHİBƏSİ: MƏDƏNİ İNTEQRASİYANIN İNKİŞAFI TÜRK DÜNYASININ STRATEJİ PRİORİTETİ KİMİ

30.04.2026 15:53

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova Qazaxıstanın ən nüfuzlu kanallarından biri olan «Jibek Joly» (SilkWay) telekanalında yayımlanan «УӘДЕ» (“Vəd”) verilişinin qonağı olub.

Prof. Aktotı Raimkulova müsahibə zamanı Fondun əsas fəaliyyət istiqamətlərinin türk dünyasının zəngin mədəni irsi və çoxəsrlik tarixini qorumaqla yanaşı, onları müasir dövrün tələblərinə uyğun şəkildə beynəlxalq səviyyədə təbliğ etmək olduğunu diqqətə çatdırıb.

Fond prezidenti qurumun gələcək fəaliyyətində rəqəmsallaşma meyillərinin və innovativ həllərin tətbiqinin əsas prioritetlərdən biri olduğunu bildirib.

Sonda Aktotı Raimkulova Fondun fəaliyyətinin daha da təkmilləşdiriləcəyinə və icra olunan layihələrin isə Türk dünyası üçün mühüm və real nəticələr verəcəyinə əminliyini bildirib.