TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDU İSTANBULDA KEÇİRİLƏN QOŞULMAMA HƏRƏKATI PARLAMENT ŞƏBƏKƏSİNİN 5-Cİ KONFRANSINDA İŞTİRAK EDİB
15 aprel 2026-cı il tarixində Türkiyənin İstanbul şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransı keçirilib. 50-yə yaxın ölkədən və beynəlxalq təşkilatdan olan nümayəndə heyətlərindən 130-a yaxın nümayəndənin iştirak etdiyi konfrans "Qoşulmama Hərəkatı regionunda iqlimə davamlı urbanizasiyanın təmin edilməsində parlamentlərin rolu" mövzusuna həsr edilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Milli Məclisinin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri xanım Sahibə Qafarova açıq elan edib.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransı çərçivəsində baş tutan iclasda Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu çıxış edib. “Parlamentlərin dayanıqlı və davamlı şəhərləşmənin rolu” mövzusu ətrafında etdiyi çıxışda Aksu, mədəni irsin qorunmasının şəhərlərin gələcəyi baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Xüsusilə mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, elmi infrastrukturun gücləndirilməsi və türk dövlətləri arasında hüquqi çərçivələrin yaxınlaşdırılmasının vacibliyini vurğulayıb.
O qeyd edib ki, bu istiqamətlər üzrə həyata keçirilən təşəbbüslər regional əməkdaşlığın dərinləşdirilməsinə, ortaq standartların formalaşdırılmasına və praktiki nəticələrin əldə olunmasına xidmət edir.
Tədbirdə, həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda qərargahının yaradılması və Ərəb Parlamentinə Parlament Şəbəkəsində müşahidəçi statusunun verilməsi haqqında da qərarlar qəbul olunub.