Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ AKTOTI RAİMKULOVA 5-Cİ ANTALYA DİPLOMATİYA FORUMUNUN (ADF 2026) AÇILIŞINDA İŞTİRAK EDİB

17.04.2026 13:07

17 aprel 2026-cı il tarixində Türkiyənin Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğanın himayəsi altında və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçirilən 5-ci Antalya Diplomatiya Forumu öz işinə başlayıb. “Sabahı düşünərkən, qeyri-müəyyənliklərlə mübarizə” başlığı ilə təşkil olunan Forumun rəsmi açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova iştirak edib.

Mövzu gələcək prosesləri qabaqlamağın, risk və imkanları müəyyən etməyin, strategiyalar hazırlamağın və analitik nəticələri praktik addımlara çevirməyin zəruriliyini ön plana çıxarır.

Təntənəli açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğan və Türkiyə Respublikasının Xarici İşlər Naziri cənab Hakan Fidan çıxış edib.

Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin, beynəlxalq təşkilat rəhbərlərinin və nüfuzlu ekspertlərin bir araya gəldiyi tədbirdə qlobal və regional çağırışlar müzakirə olunur.

Forum çərçivəsində Fondun prezidenti professor Aktotı Raimkulovanın bir sıra ikitərəfli görüşlər keçirməsi gözlənilir.