Geriyə
BİRLİK RUHU KONSERTİ QƏLBLƏRİ BİRLƏŞDİRDİ!
04.05.2025
22:30
3 may 2025-ci tarixində Müslüm Maqomayev adına Azərbaycan Respublikasının Akademik Flarmoniyasında Türk dünyasının Həmrəylik gününə həsr olunan konsert uğurla başa çatdı.
Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan konsert ortaq mədəniyyət xəzinəmizin zənginliyini nümayiş etdirərək türk sənətinin əsl bayramına çevrilib.
Tədbiri giriş sözü ilə açan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, türk xalqları arasında mədəni əlaqələrin gücləndirilməsi və humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Konsertdə Türk dünyasının tanınmış musiqiçiləri iştirak edib. Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun və Qazaxıstanın Əməkdar xadimi Kanat Ömərovun rəhbərliyi ilə çıxış edən Niyazi adına Simfonik Orkestr, həmçinin “Turan” etno-folklor ansamblı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Konsert proqramında simfonik işləmələrlə yanaşı, ənənəvi melodiyalar da səsləndirilib və təqdim olunan əsərlər türk dünyasının ruhunu, zəngin və çoxşaxəli mədəni irsini dolğun şəkildə əks etdirib.
Musiqi nəsillər və mədəniyyətlər arasında körpüyə çevrilib, bütün qonaqları ümumi irsdə ilham və qürur atmosferində birləşdirib.
___________________________________________________________