Geriyə

TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDU, M.O. AUEZOV ADINA ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT İNSTİTUTUNUN VƏ QAZAXISTAN RESPUBLİKASININ UNESCO VƏ ISESCO MƏSƏLƏLƏRİ ÜZRƏ MİLLİ KOMİSSİYASININ İŞTİRAKI İLƏ “DÜNYA XALQLARININ MƏDƏNİ İRSİ: ETNOMUSİQİ, ETNOFOR, ETNOQRAF” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ-PRAKTİK SİMPOZİUM KEÇİRİB

13.03.2025 13:30
12-13 Mart 2025-ci il tarixləri arasında Qazaxıstanın Almatı şəhərində Türk Mədəniyyəti və İrsi Fondu və M.O Auezova adına Ədəbiyyat və İncəsənət İnstitutunun birgə əməkdaşlığı, YUNESKO və İSESKO üzrə Qazaxıstan Respublikası Milli Komissiyanın iştirakı ilə alim və etnoqraf A.V. Zatayeviçin “ 1000 qazax xalq nəğməsi” toplusunun 100 illiyinə həsr edilmiş “Dünya xalqlarının mədəniyyət mirası: etnomusiqi, etnofor, etnoqraf” elmi-praktimi simpoziumu keçirilib.
Simpozium çərçivəsində “A.V. Zatayevicin irsi XX-XXI əsrlərin dəyərlər və məna zəminində: elm – mədəniyyət – cəmiyyət” kitabının təqdimatı və “Alpamıs batır” eposu üzrə çoxmillətli nominasiya ekspertlərinin yekun iclası baş tutub.
Fond tərəfindən simpozium çərçivəsində keçirilən əsas tədbir Türk Dövlətləri Təşkilatının 24 noyabr Bişkekdə (Qırğızıstan) keçirilən XI Zirvə toplantısında Özbəkistan Respublikasının Prezidenti Şavkat Miromonoviç Mirziyoyevin təşəbbüsü ilə Türk Xalqlarının Çoxcildli Çoxdilli Folklor Toplusunun yaradılması üzrə Beynəlxalq Məşvərət Komitəsinin birinci onlayn iclasıdır.
Fond tərəfindən simpozium çərçivəsində keçirilən əsas tədbir, 6 noyabr 2024-cü il tarixində Qırğızıstanın Bişkek şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının XI Zirvə Görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülən Türk Xalqlarının Çoxdilli, Çoxcildli Folklor Toplusunun hazırlanması təşəbbüsü üzrə Beynəlxalq Məsləhətçi Komitənin Birinci onlayn iclası oldu.
Layihənin məqsədi – türk xalqlarının qeyri-maddi mədəni irsini bütöv bir kros-mədəni fenomen kimi təqdim edərək, türk dünyasında qarşılıqlı anlaşma və birliyin möhkəmlənməsinə töhfə verməkdir.
Çoxcildli nəşr nağıl, mərasim mahnıları, əfsanələr, atalar sözləri, məsəllər, tapmacalar və digər folklor janrlarını əhatə edəcək, həmçinin audio və video formatlarında multimediya müşayiəti ilə təqdim olunacaq.
Onlayn iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan və Macarıstandan olan nümayəndə heyətləri iştirak ediblər. Bu heyətlərə türk xalqlarının folkloru üzrə ixtisaslaşmış aparıcı alimlər və folklor sahəsində fəaliyyət göstərən elmi institutların nümayəndələri daxil idi.