Geriyə
TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ AKTOTI RAİMKULOVA ADA UNİVERSİTETİNİN REKTORU HAFİZ PAŞAYEVİN KİTAB TƏQDİMATINDA İŞTİRAK EDİB
09.05.2025
14:30
5 may 2025-ci il tarixində Bakı Kitab Mərkəzində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, ADA Universitetinin rektoru, diplomat, fizik və elmlər doktoru Hafiz Paşayevin ingilis dilində nəşr olunan “An Ambassador’s Manifesto” (“Bir səfirin manifesti”) adlı memuar kitabının təqdimatında iştirak edib.
Kitab, Azərbaycanın ABŞ-dakı ilk səfiri Hafiz Paşayevin həyat yolunu və diplomatik fəaliyyətini bir bütöv kimi təqdim edərək, onun şəxsi xatirələri fonunda Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin formalaşdığı mürəkkəb və həlledici dövrə işıq tutur.
Təqdimat mərasimində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tanınmış dövlət adamları, mədəniyyət və incəsənət dünyasının görkəmli xadimləri, eləcə də media təmsilçiləri iştirak ediblər.